Каталог
Все категории

Trapesiya Modeli: Texnologiya ilə Təhsilin Yeni Tarazlığı

10 февраля 2025 143

Trapesiya Modeli :

Gəlin bir anlıq düşünək ki, texnologiya həyatımızı asanlaşdırır , amma eyni zamanda bizi idarə edən yoxsa bizim idarə etdidiyimiz bir gücə çervirilir?

Bu gün uşaqların əlində telefon var , sosial şəbəkələr var , süni intellekt var . Əgər biz nəzarəti əldən versək düzgün yanaşma və istiqamətlənmə olmasa bu texnologiyalar faydadan çox zərər verə bilər .

Buna bir çay kimi baxaq , çay düzgün məcrada axanda torpağı bəsləyir , enerji mənbəyi olur . Amma onun qarşısı alınmazsa , nəzarət olmazsa daşqına çevrilə bilər, dağıdıcı gücə malik ola bilər .

Bizim bu Yeni Trapesiya Modelimiz də məhz bu balansı qorumaq üçün yaradılıb. Burada məqsəd texnologiyadan maksimum fayda götürmək , amma onu sərhədsiz , nəzarətsiz buraxmamaqdır.

Bu modeli bir nəzarət sistemi kimi düşünək: WhatsApp,İnstagram, Facebook , Süni İntellekt, Tik Tok  və digər texnologiyalar şagirdlər üçün faydalıdır, amma yaş həddi , istifadə müddəti , məzmun filtirləməsi  kimi məhdudiyyətlər tətbiq olunmazsa, bu təhsilə və gələcəyə ciddi təsir edə bilər .

Biz Trapesiya modeli ilə şagirdlərə dəstək olan , onları yönləndirən və idarə olunan bir sistem qururuq . Bu modelin əsas məqsədi şagirdləri müasir dünyanın imkanlarından faydalı şəkildə istifadə etməyə yönəltmək , lakin onları nəzarətsiz buraxmamaqdır.

 

İşləmə  prsinsipi :

Valideyn :  ən azı şagird qədər , şagirdin istifadə etdiyi müasir texnologiyalarla ( WhatsApp,İnstagram, Facebook , Süni İntellekt, Tİk Tok  və s) maraqlanmalı , işləmə prisipini öyrənməli , lazımı filtirləri bilməlidir ki, nəzarət mexanizmini tətbiq edə bilsin .

Qeyd : Biz üçbucaq modelindən bilirdik ki, valideyn həm evdə həmdə məktəbdə övladının təhsili və təlim tərbiyəsinə nəzarət edir .

 

Müəllim : ən azı şagird qədər müasir texnologiyalarla ( WhatsApp,İnstagram, Facebook , Süni İntellekt , Tik Tok  və s) maraqlanmalı,  işləmə prinsipini öyrənməli , Şagirdə öyrədəcək mövzunu müasir texnologiyaya uyğunlaşdırmalı və ən əsası valideynlə birgə işləyərək şagirdin maraq dairəsini , hobbisini bilməli,  şagirdin maraqları üzərindən öz fənnini sevdirməlidir.

 

 

 

Yekun :

1.Həm valideyn və həmdə müəllim eyni formada Trapesiya  modelinə  uyğun olaraq yanaşmalı (balansı qorumalı)

2.”YOX”,OLMAZ”, ”İCAZƏ YOXDUR ” kimi neqtiv kəlimələrlə yox , sistem üzərində müəyyən yaşa görə , zamana görə , məzumuna görə filtirləmələr tətbiq etməli

3.Davamlı şəkildə şagirdlə , şagirdin fikirləri ilə maraqlanmalı , dəyərli yanaşmalı

4.Mütaliəyə həvəsləndirməli

5.Kiçik uğurlarını daim qiymətləndirməli

6.Ünsiyyəti  davamlı və sağlam etməli

7.Ünsiyyət və kommunikasiyasını genişləndirməli

8.Müstəqil qərar vermə qabiliyyətini aşılamalı

9.Emasional Zəkasını inkişaf etdirməli

 

Qeyd :  Yuxarıda qeyd edilmiş bütün bəndlər şagirdin təhsilinin inkişafına və gələcəkdə cəmiyyətə faydalı şəxsiyyət kimi yetişməsinə təkan verəcək .

 

Unutmayaq ki, Təhsil təkcə dərsliklərdən və imtahanlardan ibarət deyil , həmdə təhsil texnologiya ilə innovasiya ilə və əsası ən səmimi əməkdaşlıqla güclənir.

Hörmətlə, Nəriman İbrahimov

Комментарии

Меню
Зарегистрируйтесь на нашем сайте

и получите 1 ₼ на свой бонусный счет!

Зарегистрироваться

Этот Сайт использует файлы cookies для более удобной работы пользователей с ним. Продолжая любое дальнейшее использование Сайта, Вы соглашаетесь с этим. Более подробная информация доступна в Политики использования cookie

Понятно
Аукцион завершен
минут
секунд
Выбрано
Добавить
Аукцион завершен
Скрыть параметры
Все параметры
Вы действительно хотите удалить страницу?